Hollandiyada seçkiləri qazanan Baş nazir Mark Ruttenin Xalq Azadlıq və Demokratiya Partiyası Türkiyə ilə gərginliyin azaldılmasını istəyir. Hollandiyanın Müdafiə naziri bu gün “gərginliyin azaldılması lazım olduğunu” söylədi.
Son günlərdə yaşanan gərginliyin davam etməməsinin vacib olduğunu vurğulayan nazir Hennis-Plasschaert, Ruttenin səslərini Vildersə qapdırmamaq üçün bunu etdiyi iddiasını da təkzib etdi. Bunun doğru olmadığını ifadə edən Hennis-Plasschaert “qırmızı xətti göstərmək zorundaydıq” dedi. Nazir bunun seçkilərlə əlaqəsi olmadığını söylədi.
Hollandiyada dünən keçirilən seçkilərdə Ruttenin partiyası VVD 150 yerlik məclisə 31 millət vəkili səsi qazanaraq birinci partiya oldu. Ancaq VVD 2012-ci ildəki seçkilərə nisbətlə 10 kürsü itirərək, səs nisbətlərində eniş yaşadı. Geert Vildersin lideri olduğu ifrat sağçı PVV partiyası isə kürsü sayını 15-dən 19-a çıxardı.
azadliq.info