İzmirin Tire qəsəbəsində yaşayan Əhməd Qayanın bağçasındakı limon ağacının banana bənzəyən meyvəsi görənləri heyrətə salır. Əkinçiliklə məşğul olan Əhməd Qayanın evinin bağçasındakı limon ağacının meyvəsi, forması və rəngi ilə tamamilə bananı xatırladır. Limon ağacının banana bənzəyən meyvəsi ilə görənləri çaşdıran Qaya deyir ki: “Ağacın cinsini bilmirik. Hər kəs bir şey söyləyir. Dadında isə bir fərqlilik yoxdur. Nə daha turş, nə də daha şirin. Banana bənzəyən limonu budağında görmək üçün Küçükkaleyə gələn ziyarətçilər olur. Ağacımız ilk meyvə verdiyində mən də çox çaşmışdım”.
Forma dəyişikliyinin limon cinslərində nadir rast gəlinən bir hal olduğunu ifadə edən mütəxəssislər, bunun bəzən tozlanmanın yetərli olmadığı halda ortaya çıxdığını qeyd etdilər. Bənzər bir nümunə də az əvvəl Mersin Silifkedə yaşayan Erhan Nizamoğlunun limon bağçasında yaşanmış, orada da bibərə bənzəyən limonlar yetişmişdi.
azadliq.info