Nemət Əliyev
Faktlar böhranın durdurulmasına dair səslənən fikirlərin avantüra olmasını təsdiq edir…
Manatla verilmiş kreditlərin həcmi bu ilin yanvarında daha 256,4 milyon manat azalıb. Xarici valyutada yatırılmış kreditlərin səviyyəsi isə bu bir ayda 65 milyon dollar düşüb.
Deməli, iqtisadiyyata yatırım edilmiş kreditlər buranı sürətlə tərk edir. Ötən ilin əvvəli ilə müqayisədə 5 milyard manatdan çox kredit resursu geri çəkilib. Yeri isə dolmur. Təlabat yüksək olsa da, əlverişli şərtlərlə kredit verən də yoxdur.
Fevral ayının əvvəlinə olan məlumata görə problemli kreditlər 1 milyard 633 milyon manata qədər böyüyüb. İndi ümumi kredit qoyuluşunun 10%-i problemlidir. Xatırladaq ki, bu göstərici ötən ilin əvvəlində 7%, bu ilin əvvəlində isə 9% olmuşdur. Yanvar ayında problemli kreditlərin həcmi 160 milyon manat artaraq əvvəlki 3 ayın orta aylıq artım göstəricisini 5 dəfə üstələyib.
Kredit qoyuluşunun kəskin azalması şəraitində problemli kreditlərin həcminin rekord həddə yüksəlməsi heç bir yaxşı perspektiv vəd eləmir.
Yazı müəllifin feysbuk səhifəsindən götürülüb