Hollandiyanın Xarici işlər naziri Mevlud Çavuşoğlunun uçuş icazəsini ləğv etdi. Bu gün Rotterdama gedəcəyini açıqlayan Çavuşoğlu “Hollandiya bu gün mənim uçuş icazəmi ləğv etsə, bizim çox böyük sanksiyalarımız olar” demişdi.
Bu gün Çavuşoğlu uçuş icazəsinin ləğv edildiyini Bahçaşəhərdə çıxışı zamanı açıqladı. Bir az əvvəl CNN Türk-dən Hakan Poladın suallarını cavablandıran nazir bunları söyləmişdi: “AB Türkiyəni səs verməyə davam etmək istəyir. Almaniya səhvini anladı! İndi də Hollandiya var. Hollandiyalı Vilders nasist kimi hərəkət edir. Türkiyə Respublikasının Xarici işlər nazirinın təyyarəsini qaldırmamaqla təhdid edir. Amma bu gün gedəcəyəm. Bir Vildersin quyruğuna taxılmışlar. Hollandiya bu gün mənim uçuş icazəmi ləğv etsə, bizim çox böyük sanksiyalarımız olar. “Biz nə edərsək, edək, Türkiyə bir şey etməz” zamanları keçdi artıq.”
azadliq.info