Martın 9-da Bakı-Sumqayıt yolunda qəzaya düşən tələbələrdən biri də xəstəxanada dünyasını dəyişib. 18 yaşlı Lalə Nəsirzadə yaralı olaraq yerləşdirildiyi 1 saylı Kliniki Tibbi Mərkəzdə martın 11-i səhər saatlarında vəfat edib. Martın 10-da xəstəxananın həkimi Ədalət Dadaşov onun yaşama şansının cüzi olduğunu demişdi.
Xatırladaq ki, qəzaya düşənlər Sumqayıt Dövlət Universitetinin tələbələridir. Hadisə vaxtı 4 tələbə yerində, 1 tələbə isə xəstaxanada dünyasını dəyişmişdi. Bunlar fizika fakültəsinin 3-cü kurs tələbələri İbrahim Quliyev, İbrahim Nəsibov, Rəşad Canıyev, Roza Muradova və Çinarə Quliyeva idi.