Çilidə böyük maraqla baxılan türk televiziya seriallarından ilhamlanan ailələr yeni doğulan uşaqlarına Elif, Nilüfer, “Fatmagül və İbrahim kimi adları verməyə başlayıb. Bu Cənubi Amerika ölkəsində türk serialları son illərdə böyük maraq görməkdədir.
Çili Əhali Qeydiyyat Mərkəzinin məlumatlarına görə, 2016-cı ildə doğulan bir çox qıza Elif adı verilib. Elif Latın Amerikasında populay olan Loreto və Veronika kimi ənənəvi adları geridə buraxıb. Ölkədə keçən il 59 qıza türk televiziya serialı “Elif”in qəhrəmanının adı qoyulub. Eyni serialdakı bir başqa xarakter – Nilüfer də seçilən qız adları arasında olub. l9 körpəyə Nilüfer adı verilib. Ayrıca bir körpəyə də Mələk və Fatmagül adı qoyulub. “Möhtəşəm Yüz il” serialındakı Parğalı İbrahim xarakterindən ilhamlanan 16 ailə isə yeni doğulan oğlanlarına İbrahim adı verib.
Dünyanın bir çox ölkəsində son illərdə böyük maraq görən türk televiziya serialları Çilidə də ən çox izlənilənlər arasındadır. Bir yerli kanalda 3 il əvvəl nümayiş olunan, baş rollarını Halit Ergenç və Bergüzar Korelin paylaşdığı “Min bir gecə” serialı ölkədə ümumi izlənmə nisbətində 28,2% ilə 2014-ci ilin ən müvəffəqiyyətli televiziya serialı olmuşdu.