Türkiyənin Xarici işlər naziri Mevlud Çavuşoğlunun çərşənbə axşamı Almaniyanın Hamburq şəhərində qatılacağı referendum toplantısı ləğv edildi.
Xarici işlər naziri Mevlud Çavuşoğlunun Hamburqun Vilhelmsburq rayonunda “Plaza Event Center” adlı salonda qatılacağı referendum toplantısının ləğv edildiyi bildirildi. Rəsmi şəxslər bunu salonda yanğın siqnalının çalışmaması üzündən salonun bağlanıldığı ilə əlaqələndirdilər.
Xəbər verildiyi kimi, Xarici işlər naziri Mevlud Çavuşoğlunun həmin ünvanda çərşənbə axşamı günü Almaniya saatı ilə 18.00-da keçiriləcək referendum toplantısına qatılması planlaşdırılırdı.
azadliq.info