Martın 3-də Suraxanı rayon məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum ediləb və məhkəmə zalında həbs olunan Mehman Hüseynov Şüvəlandakı 3 saylı istintaq təcridxanasında saxlanılır. Onunla görüşən vəkili Elçin Sadıqov məlumat verib ki, bloggerin saçlarını qırxıblar və o, hazırda karantindədir. Vəkil bildirib ki, Mehmanın əhval-ruhiyyəsi yüksəkdir. Blogger həbsinin onun üçün gözlənilməz olmadığını deyib. Bildirib ki, Azərbaycanda məddah yox, gerçək jurnalistsənsə, yolunun həbsxanadan keçməsi normal haldır.
azadliq.info