qNəsimi Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin köməkçisi, “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirov barəsində seçilmiş həbs qətimkan tədbirinin və istintaqın müddətinin uzadılması barədə təqdimata baxılıb.
Hakim Şəlalə Həsənovun sədrliyi ilə keçirilən prosesdə onun barəsində seçilmiş həbs qətimkan tədbiri və istintaqın müddəti üç ay uzadılıb.
Faiq Əmirov barəsində həbs qətimkan tədbiri ilk dəfə ötən il avqustun 22-də Nəsimi rayon Məhkəməsi tərəfindən seçilib.