ABŞ prezidenti Trampın Rusiya ilə əlaqələri böyük qalmaqala çevrilib.
Bu qalmaqalın araşdırılması tələbləri getdikcə güclənir. Problemin ciddiliyini göstərən səbəblərdən biri də keçmiş dovlət başçılarının işə qarışmasıdır.
Ənənəyə görə, ABŞ-ın keçmiş prezidenentləri fəaliyyətdə olan prezidentin işlərinə qarışmır. Lakin yeni prezidentin doğurduğu qalmaqal bu ənənənin pozulması ilə nəticələndi.
Bu gün ABŞ-ın keçmiş prezidenti Corc Buş (oğul) NBC telekanalına verdiyi intervüdə Trampın Rusiya ilə əlaqələrlə bağlı yaranmış suallara cavab verməli olduğunu bildirib.
Buş hesab edir ki, prezident ABŞ vətəndaşlarını olduqca narahat edən bu suala cavab verməyə borcludur.
azadliq.info