“Əliyevə ilk xəyanət edən bu hərif olar…”
Türkiyəli yazar bu sözləri kimin üçün işlətdi?
“Dövlət, Əliyev və ailəsi. Geri qalanların “vəzifəsi”, şövqlə alqış, təqdir və təsdiq. Üz qızardan bir qulluq…”
İnqilabdan əvvəl Fransasının ən uzun səltənət sürən hökmdarı XIV Lüdövik. 1643-1715-ci illər arasında 72 il Fransa kralı olub…
Bax, 20 yaşlarının başında özünə simvol olaraq “günəş”i seçəcək qədər iddialı biri olan XIV Lüdövik yarım əsrlik dövrə bir çox baxımdan böyük damğa vurmuşdu. Bu, bir tərəfdən mütləq monarxiyanın təbiətini, digər tərəfdən isə onun öz güclü mövqeyini açıqlayan sözləriylə tarixə keçdi: “Dövlət mənəm.”
Gəl zaman get zaman. Qərb monarxiyaya, burjuaziyanın qalib gəlməsiylə simvolik mövqelərə çevrilərkən “məclislərin” və böyük əksəriyyəti parlament olan sistemlərdə “nazirlərin” gücü möhkəmləndi. Güclər ayrılığı prinsipi getdikcə qəbul olunmağa başladı. Bu gün artıq xalqları və dövlətləri “təmsil” edən dövlət başçıları, istər monarx, istər prezident olsun, simvolik sayıla bilən səlahiyyətlərə malik durumda.
O cümlədən, “dövlət” deyillər …
Ancaq bu “dövlət olmama” halı, şübhəsiz, demokratiyanın inkişaf səviyyəsi ilə bağlı. Bu səbəbdən, “qərb demokratiyası” ifadəsinin altını xüsusi diqqətlə cızmalı. Az inkişaf etmiş demokratiyalarda, ya da məsələn, SSRİ-dən sonra doğulan və sonu “stan” ilə bitib “dəmir yumruqla” idarə olunan Orta Asiya dövlətlərinin vəzifə müddəti müəyyənləşmiş idarəçilərdən çox, özlərini dövlət ilə eyni görən ‘başlar’ tərəfindən təmsil edildikləri məlum.
Azərbaycan Konstitusiyası 1995-ci il tarixində qəbul olunub. Keçən ilin payızında edilən dəyişikliklər də, referendumda 86% səslə qəbul edildi. Bunlar, sistemin hal-hazırda ən güclü fiquru olan prezidenti daha da möhkəmləndirdi. Məclisi buraxma səlahiyyəti verilib, vəzifə müddəti dəyişdirilən (yeddi il oldu) prezident (Əliyev) 2020-ci ilə qədər kreslosunda qala biləcək.
Ayrıca prezident iki “müavin”(vitse-prezident) seçə biləcək. Müavinlər özü tərəfindən təyin olunub, vəzifədən də özü tərəfindən uzaqlaşdırıla biləcək. Deyək ki, prezident vəzifəsini icra edə bilməz hala gəldi; bu vəziyyətdə “prezidentin birinci müavini” səlahiyyətləri təhvil alacaq.
Dəyişiklikləri müdafiə edənlər hansı arqumentlərə müraciət etdi, deyirsiniz? Maraqda qalmayın: sabitlik, ölkənin və millətin mənafeyi, daha inkişaf etmiş demokratiya. Yaxşı, qarşı çıxanlar? Xüsusilə, Əliyev və ailəsinin daha güclü hala gətirilmək istəndiyini iddia etdilər. Çoxmu tanış hər şey!
Deyirdilər ki, “əgər bu dəyişikliklər keçsə, Əliyev həyat yoldaşı Mehribanı, ya da oğlu Heydərı birinci müavini edər.”
Tənqid edənlər haqlı idi, təbii. Əliyev üç- beş gün əvvəl həyat yoldaşı (və millət vəkili) Mehriban Əliyevanı “birinci müavin” təyin etdi.
İnternetdə “ona kiçik sürprizlər edin” başlığıyla izlədiyim və hələ xatırladıqca güldüyüm qısa bir görüntüdən söz etmək istəyirəm. Görməyən qalmaz bəlkə də. Mənim dəfələrlə izlədiyim an, o “dövlət mənəm” təbəssümü.
Əliyev həyat yoldaşıyla birlikdə yenə öz təyin etdiyi nazirlərin olduğu salona girir. Nazirlər abdəstxana aftafası nizamıyla qarşılıqlı oturmuşlar. Təbii, hamısı kişi. Əliyev ilə Mehriban gəlincə ayağa qalxırlar. Mehriban ərinin sağ yanında oturur.
Əliyev özündən əmin bir səs tonuyla “Mehriban Azərbaycan Respublikası prezidentinin birinci müavini vəzifəsinə təyin edilib …” deyərək gözləyir. “Edilib …” Bax, o gözləyiş və sonrasındakı iki- üç saniyədə yaşananlar, rejimin mahiyyətini göstərməsi baxımından son dərəcə ibrətamiz.
Beləcə, bir an dayanır Əliyev. “Hanı, harada alqış?” gözləyişi. Bəlkə də, qabiliyyətsiz olduğunu düşünür nazirlərinin. Özünü xanımına rəzil etdiklərini. Bir saniyə keçmir ki, solunda biri ayağa sıçrayıb alqışlamağa başlayır. Əgər bir Coppola və “Baba” filmi serialı heyranısınızsa və üç filmin dərhal hər səhnəsi zehninizə həkk olunursa, “Əliyevə ilk xəyanət edən bu hərif olur” deyə düşünərsiniz. Ardından digərləri də ayağa qalxıb alqışlayır. Əliyevə yaxın oturan üç adam isə çox könülsüz. Bu da o deməkdir ki, Mehribandan çəkəcəkləri var.
Rejimin mahiyyəti Əliyevin o ilk alqışla üzündə meydana çıxan məmnuniyyət və “bax, belə, afərin” gülümsəməsində gizli. Dövlət, Əliyev və ailəsi. Geri qalanların “vəzifəsi”, şövqlə alqış, təqdir və təsdiq. Üz qızardan bir qulluq.
Videonu gördüyümdə, “bunu Türkiyədəki müxalifətmi sifariş etdi” deyə düşündüm. Milyonlarla manat xərcləsələr də, belə təsirli bir “təbliğat” filmi hazırlaya bilməzdilər. Bitirmədən, yalnız prezident müavini ilə bağlı Azərbaycan ilə aramızdakı əhəmiyyətli bir fərqi xatırlatmadan keçməməli.
Artıq prezident iki müavin təyin edə bilir. Nəzərdə tutulan Türk tipi sistemdə sayı-hesabı yox!
Əliyev 16 apreldəki referendumun ardından Türkiyədə daha “sabit” bir dövrün başlayacağını da müjdələmiş.
Haydı, xeyirlisi …
azadliq.info