Ermənistan müdafiə nazirliyinin mətbuat xidməti həlak olduğunu iddia etdiyi 5 Azərbaycan hərbçisi barədə məlumat verib. Onların arasında briqadanın kəşfiyyat rəisi mayor Aqşin Abdullayev, baş leytenant Şahlar Həşimli, kəşfiyyatçı Hüseynov, biri mina təmizliyən olmaqla iki əsgərin də olduğu iddia edilir.
Siyahıda adı olan hərbçilərdən briqadanın kəşfiyyat rəisi mayor Aqşin Abdullayevin şəhid olması ilə bağlı məlumat qohumları tərəfindən təsdiq edilib. Şəhidin qohumu İlkin İsmayıllı fb hesabında bu barədə yazıb: “Dayım oğlunun bacanağı, briqadanın kəşfiyyat rəisi mayor Aqşin Abdullayev şəhid olub. Çox vətənpərvər və xeyirxah insan idi. Hələ yaşı tamam olmamış övladı atasız qaldı. Ruhu şad olsun.”
Azərbaycan Müdafiə Nazirliyi isə bu barədə hələ ki, açıqlama yaymayıb.
azadliq.info