Əfsanəvi boksçu Məhəmməd Əlinin oğlu Floridadakı hava limanında saxlanılaraq sorğuya aparılıb. Yaxınları onun saxlanmasının Amerikaya məlum səyahət qadağası ilə əlaqəli olduğunu bildiriblər.
Məhəmməd Əli anası Kalilah Kamaço Əli ilə birlikdə Floridadakı Fort Lauderdale Beynəlxalq hava limanında saxlanılıb. Əlinin dostu və vəkili Kris Mancininin sözlərinə görə, Əli və anası Yamayka səyahətləri dönüşündə ərəb adları səbəbindən amerikalı gömrük işçiləri tərəfindən saxlanılıblar.
Kamaço Əli həyat yoldaşı Məhəmməd Əlinin bir fotoşəkilini səlahiyyətlilərə göstərdikdən sonra onu buraxıblar. Ancaq yanında bənzər bir fotoşəkil olmayan oğlu iki saat ərzində sorğu-suala çəkilib.
Əlinin vəkili Mançini səlahiyyətli şəxslərin müvəkkilindən adının haradan gəldiyini soruşduqlarını bildirib. Əlinin ”müsəlmansınızmı ? ” sualına ” bəli ” cavabı verməsindən sonra da ona daha ətraflı suallar ünvanladıqlarını açıqlayıb.
Mançini Əli ailəsi ilə bağlı yaşananların Trampın müsəlman ölkələrinin vətəndaşları üçün tətbiq etmək istədiyi mübahisəli səyahət qadağası ilə birbaşa əlaqəsi olduğundan şübhə duymadıqlarını deyib.
azadliq.info