Şotlandiyanın Arbroath şəhərində bir qağayı altı ildir hər gün eyni dükandan çipsi daşıyır.
Dükanın işçiləri ona amerikan aktyor Steven Seagala istinadən “Steven Seagal” (qağayı anlamında) adını veriblər.
Onlar qağayının gündə təxminən 10 dəfə dükana uğradığını, kimsənin baxmadığını düşündüyü anda çipsi alıb çıxdığını söyləyirlər. İşçilərdən biri “Steven buranı açdığımız ilk gündən bəri gəlir. Kartof çipsisini çox sevir” deyir.
Qağayıların qarınlarını doyurmaq üçün yaşayış yerlərində ova çıxması yeni bir şey deyil. Hətta qağayıların zaman- zaman insanların əllərindəki yeməklərə hücum etməsi bəzi bölgələrdə ciddi bir problemdir. İngiltərə parlamentində keçən ay qağayılara qarşı görüləcək tədbirlər mövzusunda bir iclas keçirilib.
Bir millət vəkili yeni evlərin qağayılara qarşı qorunacaq şəkildə inşa edilməsi təklifini verib.
azadliq.info