Almaniya prezidenti Joachim Gauck 8 Mart Dünya Qadınlar Günü münasibəti ilə 16 qadına “ləyaqət nişanı” təqdim edəcək. Onların arasında 3 türk qadını da var- Sibel Kekilli, Nazan Eckes və Şermin Langhoff’.
Kinoaktrisa Sibel Kekilli ailədə şiddətə qarşı və qadın haqlarının müdafiəsinə görə ləyaqət nişanına layiq görülüb. Almaniya və beynəlxalq aləmdə istedadlı bir oyunçu kimi tanınan Kekillinin “Divara qarşı” filmiylə qadınlara təzyiqi gündəmə çıxardığı, qadınların hüquqlarını müdafiə edən və namus cinayətlərinə qarşı fəal kampaniya aparan “Terre des Femmes” dərnəyinin elçisi vəzifəsini daşıdığı vurğulanıb.
Televiziya aparıcısı Nazan Eckes ictimai sahədəki işlərinə görə bu nişana layiq görülüb. Eckesin “SOS” Uşaq kəndi, işgəncə qurbanlarının müalicə mərkəzi üçün yardım yığdığı, Federal Ayrı-seçkiliklə Mübarizə Dairəsi, qadın hüquqlarını müdafiə edən “Terre des Femmes” qadın təşkilatının fəal elçisi olduğu qeyd edilib.
Berlindəki Qorki Teatrının direktoru Şermin Langhoff isə uyğunlaşma problemlərinə əsas dəstəkçilərdən olduğu üçün seçilib. Şermin Langhoff’un bir çox Türkiyə mənşəli sənətçini yetişdirdiyi və ictimai mövzuları səhnəyə daşıdığı bildirilib.
azadliq.info