Hərbi məktəbi bitirən samsunlu Mücahid Yılmaz təxminən 15 min adamın iştirakı ilə keçirilən andiçmə mərasimində sürpriz bir şəkildə sevdiyi qıza evlənmə təklif etdi.
Mərasimdə əvvəlcə vətən borcunu MEBS Məktəbi və Təhsil Mərkəzi komandiri olaraq yerinə yetirən, uşaqları da andiçmə mərasimində and içən ata və babalarla məktəbə ilk qatılan əsgərlərə müxtəlif hədiyyələr təqdim edildi. Mərasimin ardından hərbi təhsilini tamamlayaraq and içən samsunlu Mücahid Yılmaz tədbirdə iştirak edən sevgilisinin qarşısında onun adı yazılmış plakat qaldırdı. Sonra tələbə yoldaşları da hərflər yazılmış kartonlarda “Mənimlə evlənərsənmi?” plakatı qaldırdılar.
Hər kəsin çaşıb qaldığı bir anda Yılmaz da sevgilisinin qarşısında diz çökərək ona üzük hədiyyə etdi. Qızın evlənmə təklifinə “Bəli” cavabı verməsindən sonra yoldaşları sevinclə Yılmazla qucaqlaşıb onu təbrik etdilər.
azadliq.info