Türkiyənin “Turkcell” şirkəti infrastruktur investisiyalarına bir yenisini daha əlavə edərək dənizlərdəki əhatə dairəsini kəsintisiz hala gətirdi.
Tamamilə “Turkcell” mühəndisləri tərəfindən işlənən və patenti alınan “Avtomatik Dönər Anten” sayəsində dənizin hər nöqtəsində qurudakı kimi keyfiyyətli rabitə təqdim edilir. Türkiyədə bir ilk olan bu proyektlə “Turkcell” müştəriləri dənizin ortasında belə bənzərsiz bir 4.5G təcrübəsi yaşayacaq.
“Turkcell” tərəfindən patenti alınan və Türkiyədə bir ilk olan “Avtomatik Dönər Anten” dəniz vasitəsinin hərəkətinə görə qurudakı ünsiyyət modulundan aldığı güclü siqnalı ən dinamik şəkildə istifadə edir. Antenanın ən əhəmiyyətli xüsusiyyəti isə dəniz vasitəsi hərəkət etdikdə, avtomatik olaraq dövrəyə girərək qurudakı ən güclü siqnala yönəlməsi və kəsintisiz 4.5G-yə imkan tanımasıdır.
İndiyə qədər 800 yolçuya qədər tutumu olan Yenikapı-Mudanya rotasında xidmət göstərən sürətli feribotlara qurulan sistem sayəsində səfər boyunca kəsilməz 4.5G əhatə dairəsi təmin edilib.
azadliq.info