ABŞ prezidenti Donald Tramp “Röyters” agentliyinə müsahibə verib.
Ağ Ev-in sahibi müsahibəsində dünyada baş verən bir çox mühüm hadisələrə münasibət bildirib. Diqqəti cəlb edən məsələlrdən biri ABŞ prezidentinin nüvə silahı ilə bağlı fikirləri olub.
Tramp hesab edir ki, nüvə silahı olmasaydı, daha yaxşı olardı. O, daha sonra bildirib: “Bir halda ki, nüvə silahı mövcuddur, ABŞ bu sahədə də hamıdan üstün olmağı təmin etməlidir”.
Tramp eyni zamanda Rusiyanı Orta mənzilli raketlərlə bağlı müqaviləni pozmaqda günahlandırıb.
“Röyters” agentliyi onu da bildirib ki, ABŞ yeni raketlərin istehsalı üçün 1 trilyon dollar xərcləmək niyyətindədir.
azadliq.info