Robert Kaplan: “Fed nə qədər tez faiz artırsa, o qədər yaxşıdır”
Fed-in Dallas şöbəsinin sədri Robert Kaplan verdiyi bəyanatda ABŞ Mərkəzi Bankının faizi nə qədər tez artırarsa, o qədər yaxşı olacağını deyib.
Kaplan, ABŞ iqtisadiyyatının bu il 2 faiz artacağı qənaətində olduğunu bildirib və iqtisadiyyatın tam məşğulluğa yaxınlaşdığını deyib.
Kaplan, “Gec qalmaqdansa tez hərəkət etməyimiz daha yaxşıdır. İqtisadiyyat sürətlə “qıza” bilər. Sonra daha aqressiv hərəkət edilən bir vəziyyətə düşmək istəmirəm” şəklində bildirib.
Kaplanın bu il pul siyasəti qərarlarında səsvermə hüququ var.
Fed/Lockhart: Faiz böyük ehtimalla 2 və ya 3 dəfə artırılacaq
Fed-in Atlanta şöbəsinin sədri Dennis Lockhart da, Fed-in bu il böyük ehtimalla bu il 2 və ya 3 dəfə faiz artıracağını bildirib. Lockhart, son zamanlar iqtisadi göstəricilərin Fed-ə xeyli yardım etdiyini vurğulayıb.
Lockhart, ABŞ-da iqtisadi vəziyyətin “sağlam” olduğunu ifadə edib.
Qeyd edək ki, Fedin Mart ayı toplantısı 14-15 Mart tarixlərində, bir növbəti toplantısı isə 2-3 May tarixlərində keçiriləcəkdir. İnvestorlar Fed-in Martda faiz artıra biləcəyini 35 faiz, May ayına isə 60 faizə yaxın ehtimal edirlər. Analitiklər bildirirlər ki, Fed, Trump-ın maliyyə siyasətinin məlum olması, inflyasiya və məşğulluqdakı artımlardan tam əmin olması üçün bir qədər də gözləyəcək və Martada faiz artırmayacaqdır. Fed “çox qısa zamanda faiz artırılacaqdır” dedikdə May ayını nəzərdə tutur.
Qeyd edək ki, ABŞ-ın yeni prezidenti Donlad Trump vergi dərəcələrini aşağı salacağı və investisiya xərclərini artıracağı sözünü verib. Vergilərin azalması və dövlət xərclərinin artması iqtisadi inkişafı daha da sürətləndirə, belə olan halda Fed faizi daha tez artırmaq məcburiyyətində qala bilər. Faiz dərəcəsi (uçot dərəcəsi) böhranlar zamanı iqtisadiyyatı canlandırmaq üçün əsas alətlərdən biridir. İqtisadi vəziyyət normal olan vaxtı faiz yuxarı saxlanılır, vəziyyət pisləşdikdə isə aşağı salınır. Bu gün ABŞ-da uçot dərəcələri çox aşağıdır, növbəti böhranlar zamanı faizin aşağı salınması üçün o yüksək olmalıdır. Bu səbədən də faizlər tezliklə artırılmalıdır.
Fed faiz artırdıqda Dollar mühüm valyutalar qarşısında bahalaşır, azaltdıqda isə ucuzlaşır.
Nigar