Avstriyanın Səhiyyə naziri Sabine Oberhauser 2015-ci ildə tutulduğu mədə xərçəngindən 53 yaşında vəfat edib.
Oberhauser keçən həftə mətbuata açıqlamasında qarın pərdəsi infeksiyası səbəbi ilə uzun müddət xəstəxanada qalacağını, bu səbəbdən onu Əmək və Sosial məsələlər nazirinin təmsil edəcəyini bildirmişdi.
Mədə xərçənginə tutulduğunu 2015-ci ildə mətbuata açıqlayan Oberhauser “yol çox uzun, minlərlə qadının məruz qaldığı kimi, amma nəticəyə çatıla bilər, düşməni təsbit etdik, mübarizə başladı “demişdi.
Oberhauser Avstriyada siqaret qadağasını tətbiq etdirmək üçün göstərdiyi səylərlə populyar idi. Evli və iki qız anası olan Oberhauser 2014-cü ildə Səhiyyə naziri təyin edilmiş, ölkədə Baş nazir dəyişməsinə baxmayaraq, vəzifəsinə davam etmişdi.
azadliq.info