İngiltərə qəzetləri bu həftənin əvvəlində İraqın Mosul şəhərində özünü partladan ingilis vətəndaşı Camal al-Harizin Mançesterdəki bir cihadçı qrup ilə əlaqəsinin ola biləcəyini yazıb.
“Guardian” qəzeti al-Harizin həyat yoldaşının televiziyada verdiyi açıqlamalara istinad edərək, onun İŞID tərəfindən Quantanamodakı həbsxanadan çıxdıqdan sonra 2013-cü ildə radikallaşdırıldığını bildirib.
“Telegraph” qəzeti al-Harizin Mançesterdə onlarla adamı təşkilata qatmış ola biləcəyini yazır. İngilis hökumətinin Quantanamodan çıxanlara kömək etdiyini xatırladan qəzet, ingilis vergi ödəyicilərinin pulunun İŞID-ı maliyyələşdirmək üçün istifadə edilmiş ola biləcəyinə diqqət çəkir.
azadliq.info