“Google”un qardaş firması “Jigsaw” internetdə nifrət məzmunlu şərh və paylaşımlara qarşı süni zəkayla mübarizəyə başlayıb.
Məlumdur ki, internetdə çox sayda troll şərhləri, nifrət məzmunlu mesajlar istifadəçiləri narahat edir. “Google”un qardaş firması “Jigsaw” internetdə dolaşan bu “zəhərli”, yəni “nifrət məzmunlu” paylaşımlara süni zekayla mübarizə aparacaq.
“Perspective” adı verilən proqram vasitəsilə nifrət məzmunlu, düşmənçilik, pis niyyətli və ya təhqiramiz tərzdə olan paylaşımların daha asan təsbit edilməsi hədəflənir.
“Jigsaw” firması “Google” tərəfindən dəstəklənilən “Digital News İnitative” (Rəqəmsal Xəbər Təşəbbüsü) çərçivəsində “Perspective” proqramıyla pulsuz istifadə edilən bir APİ (iki proqramın və ya məlumat bazasının bir-biri ilə problemsiz tərzdə təmin edən quruluş) xidməti təqdim edəcək.
Bu xidmət daha əvvəl “Wikimedia” Fondu və “New York Times” tərəfindən troll və nifrət məzmunlu şərhləri avtomatik olaraq təsbit etmək məqsədiylə sınanıb. “Wikimedia” müzakirə səhifələrində 115 min mesaj daxil olmaqla, bir çox məlumatları araşdırılıb.
“Perspective” xidməti əvvəl ingiliscə müzakirə forumları üçün istifadə edilib. Ancaq onun istifadəsi Alman dili də daxil olmaqla, çox fərqli dillərə genişləndirilə biləcək.
“Jigsaw”un süni zəkası bir şərhin nə qədər “zəhərli” olduğunu 100-ə qədər bir rəqəmlə təsbit edir. Bu şərhlərə nə ediləcəyi isə məlum saytın yayınçılarına qalır. Sistem sayəsində moderatorlar da şübhəli yorumlar mövzusunda bilgiləndiriləcək.
azadliq.info