Bu ildən mineral gübrələrin nagd satışına qadağa tətbiq edilməyə başlayıb. Əlaqədar qurumlar burda əsas məqsədin gübrə satışında şəffaflığı təmin etmək olduğunu deyirlər. Lakin qadağadan əziyyət çəkənlərin böyük hissəsi fermer və sahibkarlardır.
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov gübrə satışına qoyulan qadağanı anormal hal hesab edir. Ekspert gübrənin keyfiyyətinin aşağı, qiymətin isə yüksək olduğunu deyir:
“Bu məsələdə korrupsiyaya yol verirlər. Gübrəni xaricdən ucuz alıb baha satırlar. Bu sahə tam monopoliyadadır. Müəyyən qüvvələr dövlət büdcəsi hesabına bu sahəni monopoliyaya alıb gəlir əldə edirlər”.
Ekspert gübrə satışına tətbiq edilən qadağanı yolverilməz hesab edir. O, fermerlərin əksəriyyətinin vergi uçotunda durmamasını da söyləyir. Belə ki, onların əksəriyyətinin bank hesabı yoxdur. Bank hesabı açdırmaq, sənədləşmə məsələləri əksər fermerlər üçün uzun və çətin proses olduğundan, onlar buna getmirlər. Bu məqam da sözügedən problemə təkan verir.
Nigar