Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub. “Yuventus” səfərdə “Porto” ilə qarşılaşıb. Bu mövsüm ÇL-də uduzmayan Turin təmsilçisi uğurlu seriyanı davam etdirib.
Turun digər matçında “Sevilya” son İngiltərə çempionu “Lester”i qəbul edib.
Oyunlarda bu nəticələr qeydə alınıb:
“Porto” (Portuqaliya) – “Yuventus” (İtaliya) 0:2
Qollar: Pyaça, 72 Daniel Alves, 74
Qırmızı vərəqə: Telleş, 27 (“Porto”)
“Sevilya” (İspaniya) – “Lester” (İngiltərə) 2:1
Qollar: Sarabia, 25 (1:0), Korrea, 62 (2:0), Vardi, 73 (2:1)
Qeyd edək ki, ÇL-də 1/8 final mərhələsinin cavab oyunları 7, 8, 14 və 15 mart tarixlərində keçiriləcək.