Türkiyə Müdafiə Nazirliyinin yeni nizamnaməsinə görə, Baş Qərargahda, hərbi komandanlıqlarda və əlaqədar birləşmələrdə xidmət edən qadın zabit və çavuşlar hicab taxa biləcək.
Nazirliyin bu barədə açıqlamasında “TSK geyim qaydalarında edilən dəyişikliklə qadın zabitlər, müqaviləli zabitlər, çavuşlar, müqaviləli çavuşlar və hərb məktəbinin tələbələri rəsmi formalarıyla birlikdə şapka, beret və ya papaq altından başlarına üzlərini qapatmayacaq şəkildə hicab taka biləcək” deyə bildirilir.
Türkiyə ordusunda hicab qadağası ilk olaraq 2016-cı ildə mülki heyət üçün qaldırılmışdı.
azadliq.info