Rusiya üçün “ayı” bənzətməsi işlədən İngiltərə Müdafiə nazirinə Moskvadan ağır cavab gəlib. Rusiyanın Müdafiə naziri Sergey Şoyqu bununla bağlı İngiltərənin Müdafiə naziri Maykl Fallona “İngiltərədə ayıya təlim verə biləcək bir heyvan olduğunu sanmıram” deyib.
Şoyqu məsələ ilə əlaqədar Moskva Dövlət Diplomatiya İnstitutunda açıqlama verib. “Bütün aslanlar pişik, ancaq bütün pişiklər aslan deyil.”
Tələbələrin suallarını cavablayan Şoyqu deyib: “Heyvan təmasından davam edəcək olsaq, İngiltərənin gerbində nə var? Aslanmı? Köhnə bir atalar sözü var: bütün aslanlar pişikdir, ancaq bütün pişiklər aslan deyil. Buraxaq hər kəs öz işi ilə maraqlansın. Onların heyvanat bağçalarında ayıya təlim verə biləcək bir heyvan olduğunu sanmıram.”
İngiltərənin Müdafiə naziri Maykl Fallon Münhen Təhlükəsizlik Konfransında Rusiyaya mesaj verərək, “ayının pəncələrini Liviyaya soxmasına ehtiyacımız yoxdur” demişdi.
azadliq.info