Mersində AKP Anamur Gənclik Qolları Başkanı Hasan Baki “kaş ki, olmasaydı, Türkə bənzəmir” dediyi üçün istefa verməli oldu. Baki yazısında “tarix yazılır, bu, aydınlıq, qərb yönümlü deyil, islam davası inqilabıdır” ifadələrini işlədərək, böyük narazılıq yaratdı.
Baki Twitterdəki hesabı üzərindən Mustafa Kamal Atatürkü hədəf aldı, “Atatürk olmasaydı deyə bir şey yox, kaş ki, olmasaydı deyə bir gerçək var. Rəcəb Tayyib Ərdoğanla yaxında o həqiqətin möhrü vurulacaqdır” ifadələrini işlətdi. Həsən Bakinin qalmaqal yaradan Tweeti belədir:
– Atatürk olmasaydı deyə bir şey yox, kaş ki, olmasaydı deyə bir gerçək var. #Rəcəb Tayyib Ərdoğanla yaxında o həqiqətin möhrü vurulacaqdır!
– Birinin atasının və özünün doğum yeri Selanik isə selaniklidir. Kimsə Türk, Atatürk deməsin. Orijinalı yunan yəni, dəqiq. Bənzəmir Türkə…
– Tarix yazılır, aydınlıq, qərb yönümlü deyil, bu, islam davası inqilabıdır.
AKP Anamur Başkanı Feyzullah Yılmaz Bakinin istefasını istədiklərini və özünün də istefa etdiyini açıqlayıb.