Almaniyada səlahiyyətli orqanlar hakerlərin “bluetooth”u olan oyuncaq kuklalara sızaraq uşaqların danışıqlarını dinlədiyini bildirib. Telekommunikasiyalara nəzarət üzrə Bundesnetzagentur təşkilatı interneti istifadə edərək sahibinin suallarını cavablandıra bilən Cayla adlı oyuncaq kuklaların məhv edilməsini tələb edib.
Təşkilat bu çağırışı Saarland universitetindən Stefan Hessel adlı bir şagirdin xəbərdarlığı əsasında edib. Hessel “bluetooth”u olan bir cihazın 10 metr məsafədən Caylanın dinamik və mikrofon sisteminə bağlana biləcəyini bildirib. Mütəxəssislər hakerlərin oyuncaq kuklaların sistemindəki başqa bir boşluq səbəbindən uşaqlarla danışa biləcəyini də söyləyir. Caylanın sistemindəki zəiflik yanvar 2015-ci ildə ABŞ və Avropa istehlakçılarının da şikayətlərinə səbəb olmuşdu.
Oyuncağı çıxaran “Genesis Toys” şirkətindən ittihamlara qarşı hələ açıqlama gəlməyib.
Qeyd edək ki, Almaniyada casusluq məqsədi ilə istifadə edilən cihazları qanunla qadağandır. Bu cihazları satanlar və ya saxlayanlar iki ilə qədər həbslə cəzalandırılır.
azadliq.info