Kafesinə telefonlarını şarj etmək üçün gələn müştərilərdən cana yığılan Vyanalı kafe inzibatçısı Qalina Pokornı artıq elektrik enerji sərfinə görə onlardan 1 avro alacağını bəyan edib.
“Mən kafe işlədirəm, internet kafe deyil” deyən Pokornı qəhvə içən müştərilərin yalnız 15 dəqiqə telefonlarını şarj etmələrindən narahat olmadığını deyib. O yalnız bundan uzun müddət elektrik işlədənlərdən ödəniş tələb edəcəyini bildirib. “Turistlər daim elektrik işlədirlər. Bağışlayın, amma bunun haqqını mənə kim verəcək?” deyir kafe sahibi.
Pokornı kafedə tabletlərin və ya dizüstü kompüterlərin doldurulması zamanı uzun müddət elektrik istifadə edənlərin də ödəniş etmələrini nəzərdə tutur.
azadliq.info