MHP-nin sədri Dövlət Bahçeli referendumla bağlı partiyanın mövqeyini açıqlayan sənəd yayıb. Sənəddə “bənzər mövqeli partiyalarla birgə işləmək” ifadəsi yer alıb.
Bahçeli Türkiyənin mühasirə altında olduğunu bildirərək, “Rusiya və Qərb ittifaqı qarşımızdakı düşmən düşərgəsini davamlı gücləndirməklə məşğul olmaqdadır” deyib. MHP sədri sənəddə birgə çalışmaq niyyətində olduqları təşkilatların uyğun gəlməsi üçün lazım olan qaydaları 9 maddə halında sıralayıb.
Maddələr arasında xüsusilə “referendumda lazım olduğu halda eyni seçim fikrində olduğumuz siyasi partiya və ya partiyalarla müəyyən çərçivədə ortaq işlər də görüləcəkdir” sətirləri diqqət çəkir. “Ortaq iş” vurğusu AKP ilə referendum əvvəlində ortaq işlərin görülə biləcəyinin siqnalı olaraq qəbul edilir.
Açıqlamada ayrıca partiya içində müxalifətçilik edən “xeyr“çilərlə heç bir təmas qurulmayacağı, onların iclaslarında iştirak edilməyəcəyi bildirilib.
azadliq.info