Avropa1 radiosu və TF1 televiziyasına açıqlama verən Bəşər Əsəd suriyalılara tətbiq edilən ABŞ-a giriş qadağasına münasibət bildirib. Əsəd bu qadağanın Qərbə gedən qaçqınların arasına sıza biləcək terrorçulara aid olduğunu deyib. Əsəd bildirib ki, keçmişdə belə hallar çox olub və dəfələrlə qaçqınların arasına qarışan terrorçular Amerika, başda Almaniya olmaq üzrə Avropaya keçə biliblər. “Trampın məqsədinin sırf terrorçuların gəlişini əngəlləmək olduğunu düşünürəm və bu qadağa Suriya xalqına qarşı deyil” deyə Əsəd bildirib.
Aqil