Milliyyətçi Hərəkət Partiyasının sədri Dövlət Bahçeli rəsmi Twitter hesabından Anayasa ilə bağlı keçiriləcək referendum haqqında açıqlamalar verib. Bahçeli Baş nazirin müavini Tuğrul Türkeşin “elə güvənən yarı yolda qalar, hər zaman olduğu kimi AKP təşkilatları öz məsuliyyətini biləcək” sözlərini də tənqid edib.
Referendumla bağlı fikirlərini paylaşan Dövlət Bahçeli bunları deyib: “Sosial və siyasi fəlakətlərdən yaxamızı qurtarmamız, gələcəyi planlaşdırmamız, bir sistem dəyişikliyi ilə yeni bir diriliş dastanına imza atmamız şərtdir. Uyuşmuş, bükülmüş qələbəliklərdən millət çıxmayacaq. Türk milləti oyanıq bir şüura, müqəddəs və nəhəng bir mədəni xəzinəyə malikdir. İddia edildiyi kimi, elə güvənən varmı bilmirəm. El kimdir, onu da bilmirəm. əgər el olaraq görülən dünən əl-ələ duranlar isə, bunu nankorluq sayıram. Aramızdaykən əl üstündə tutulanların yeni yuvalarında arxalarına dönüb keçmişinə el rəftarı etməsi bayağı və bayat bir ritorikadır. El sanılanlar əslində gəlinən yerdir. El deyilənlər Türkiyənin varlığına, Türkün qüdrətinə bel bağlayanlardır. Selə dönənlər anlaya bilməz…”