14 fevral 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. Hərracda manatın orta çəkili məzənnəsi 1,7296 səviyyəsində formalaşıb.
Məlumata görə, hərraca çıxarılmış 35 milyon dolların hamısı satılıb. Tələb isə 37 milyon dollar olub.
Hərracın nəticəsi məlum olduqdan sonra əksər banklarda dolların bahalaşdığı müşahidə olunur.
Nikoil Bank Dolların alış qiymətini 1.6800 manatdan 1.7000 manata, satış qiymətini isə 1.7800 manatdan 1.80 manata, AzərTürkBank Dolların alış qiymətini 1.6400 manatdan 1.6800 manata, satış qiymətini isə 1.7600 manatdan 1.78 manata, Unibank Dolların alışını 1.67 manatdan 1.72 manata qaldırıb.
Həmçinin AccessBank Dolların alışını 1.63 manatdan 1,6850 manata, satışını 1.76 manatdan 1.78 manata, AtaBank alışı 1.65 manatdan 1.71 manat, satışı isə 1.77 manatdan 1.79 manata, AmrahBank alışı 1.70 manatdan 1.72 manata, satışı isə 1.77 manatdan 1.78 manata, Bank Avrasiya alışı 1.70 manatdan 1.72 manata, Bank BTB alışı 1.71 manatdan 1.73 manata, satışı isə 1.77 manatdan 1.7850 manata, Dəmir Bank alışı 1.65 manatdan 1.68 manata, satışı isə 1.78 manatdan 1.80 manata qaldırıb (marja.az).