Türkiyə Silahlı Qüvvələri ilə Azad Suriya Ordusunun Suriyada Əl-Bab şəhəri istiqamətində apardığı təmizləmə əməliyyatının uğurla getdiyi və şəhərin İŞİD-dən alındığı haqda xəbər vermişdik. Fırat Qalxanı adlanan əməliyyatda son məqsəd Əl-Babın alınması deyil. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iki gün qabaq açıq mesaj verdi. Türkiyə qarşısına 4-5 min kv.kilometrlik ərazini İŞİD və PYD (kürd) silahlılarından təmizləyib, təhlükəsiz zona yaratmağı, sonda isə İŞİD-i vurub Rakkadan da çıxarmağı hədəf qoyub. Ərdoğan bu barədə açıq danışıb və planlarını ABŞ prezidenti Tramp, Almaniya başda qolamqla, koalisiya gücləri ilə də müzakirə etdiyini deyib.
Bəs Türkiyə ordusu Suriyada necə irəliləyir? Əl-Baba necə daxil olublar və şəhərdə hazırkı vəziyyət nə yerdədir? İndi ordunun hədəfində hansı nöqtələri götürmək durur? Bütün bu suallara Türkiyənin təhlükəsizlik üzrə eksperti Mete Yarar HaberturkTV-də xəritədə izah etməklə aydınlıq gətirib. Videonu təqdim edirik: