Rusiyanın Ankaradakı səfiri Andrey Karlova edilən sui-qəsd anını çəkən türkiyəli fotoqraf Burhan Özbiliçi “İlin mətbuat fotosu” mükafatına layiq görülüb.
Burhan Özbiliçi Associated Press agentliyinin müxbiridir.
Peşəkar fotoqraflar və redaktorlardan ibarət münsiflər heyəti bu şəkli, zamanın nifrətini və fanatizmi əks etdirən ən yaxşı iş kimi 2017-ci ilin fotosu elan edib.
Rusiyalı səfir Andrey Karlov ötən il dekabrın 19-da Ankaradakı sərginin açılışında çıxış edərkən qətlə yetilrilib. Onu öldürən polis əməkdaşı Mevlut Mert Altıntaş da elə hadisə yerinə təhlükəsizlik qüvvələri tərəfindən güllələnib. Ailəsi meyitindən imtina etdiyindən, o, kimsəsizlər məzarlığında dəvn edilib.
Ankaradakı müasir incəsənət mərkəzindəki həmin sərgi zalı indi səfir Andrey Karlovun adını daşıyır (azadliq.org).