“DəmirBank”dan 3 milyon dollar oğurlanıb. Fins.az-ın bank mənbələrindən əldə etdiyi məlumatlara görə, bu həcmdə vəsait ayrı-ayrı hesablardan yoxa çıxıb.
Belə ki, bank hesablarını araşdırarkən külli miqdarda vəsaitin müəmmalı şəkildə silindiyi aşkarlanıb. Dərhal araşdırmalara başlanılıb və məlum olub ki, vəsaitlər hakerlər tərəfindən oğurlanıb. Hazırda bununla bağlı bankda araşdırmalar aparılır.
Faktla bağlı “DəmirBank”ın Marketinq direktoru Anar Bayramova müraciət olunub. O, bununla bağlı informasiyaya malik olmadığını deyib.