İvan Romaşkonun 850 min dollarını mənimsəyən Xanlar Qasımov akademikin yaxın adamıdır?
“Qasımov Xanlar Idris oğlu mənim 850 min dollarımı aldadıb əlimdən alıb. Geri istəyəndə isə deyir ki, mənim arxamda Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayev və Azərbaycanın hüquq-mühafizə orqanlarında yüksək vəzifədə işləyən dostlarım durur”.
Bu şikayət dolu sözlər hansısa azərbaycanlı sahibkara, hər gün hüquqları pozulan həmvətənimizə aid deyil. Bu sözlər Rusiyanın Moskva vilayətinin Voskresensk şəhəri Xripunov küçəsi ev 5-də yaşayan, “Dilerskaya firma S&M” Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri Romaşko Ivan Dmirtreyeviçə aiddir. Özü də bu məktub Azərbaycanda yox, Rusiyada ən populyar saytlardan olan argumenti.ru-ya göndərilib: “Açıq məktub” başlığı altında.
Cənab Romaşko yazır: “Mən ”Dilerskaya firma S&M” səhmdar cəmiyyətinin sədriyəm. Iş prosesində Azərbaycan vətəndaşı Qasımov Xanlar Idris oğlu ilə tanış olmuşam. O, mənim etibarımdan istifadə edərək guya birgə iş görəcəyimiz adı altında aldatmaq yoluyla 850 000 dollar pulumu alıb.
Qasımovun dələduzluğu ilə bağlı Azərbaycanda haqqında cinayət işi qaldırılmışdı. Amma sonradan bu işin istintaqı yarımçıq saxlanıldı.
Qasımovdan pulumu istəyəndə isə hər yerdə hamıya arxasında Arif Paşayevin və digər yüksək rütbəli dövlət məmurlarının durduğunu deyirdi. Çox hörmətli Arif Paşayev, Sizin və həmin məmurların onun himayəçisi olduğunu deyən Qasımovdan hər dəfə pullarımı istəyəndə deyirdi ki, o pulları öz hamiləri üçün xərcləyib”.
Sonda zərərçəkən rektora müraciət edərək ondan pullarını qaytarılmasını xahiş etməklə bərabər Qasımovun həbs edilərək cəzalandırılmasını da xahiş edib.
Informasiya şöbəsi