Bu, xalqın hakimiyyətidir, yoxsa oğru və korrupsionerlərin?

İndi bunun adı nə olur? Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı, yoxsa daha bir “Azərbaycan standartı”? Gənc bloqçu Mehman Hüseynovun ifşa etdiyi büdcə oğrularını, korrupsionerləri məsuliyyətə cəlb etmək əvəzinə, rejim onun özünü məhkəmə qarşısına çəkib. Azərbaycan hakimiyyəti hər fürsətdə korrupsionerləri, oğruları qoruyur, onları ifşa edənlərə isə divan tutur. İndi siz deyin, bu hakimiyyət xalqın hakimiyyətidir, yoxsa oğru və korrupsionerlərin?