Şəkidəki polis əməliyyatının ilkin nəticələri məlum oldu. AXCP Şəki rayon şöbəsinin sədri İslam Həsənov 25 sutka, AXCP Şəki rayon Gənclər Komitəsinin sədri Samir Həsənov 20 sutka müddətinə həbs edildilər. Siz bunların erməni işğalçıları ilə əldə etdikləri atəşkəsə sədaqətli olmalarına baxmayın (40 gün ərzində şəhid əsgərimizin nəşini dəyişmək üçün bircə nəfər düşmən əsgərini girov götürməyə cəsarət etmədilər), müxalifətlə, xüsusilə gənclərlə savaşları heç dayandırmadılar. AXCP üzvlәri, ölkənin gerçək müxalifətçiləri isə xalqın azadlıq və ədalətə qovuşması naminə öz azadlıqlarını qurban verməyi çoxdan gözə alıblar. Əminliklə deyirəm ki, bu həbslər nə bizim mübarizəmizi durdura biləcək, nə də rejimin labüd çöküşünün qarşısını alacaq.