“Biz oranı götürəndən sonra orada nə Qarabağ, nə də Azərbaycan olacaq. Bakı quberniyası olacaq” deyən Jirinovskiyə niyə cavab vermirlər? Hətta Jirinovskidən də qorxurlar? Adama deyərlər ki, onu siz də təlxək, qeyri-ciddi sayırdınızsa, niyə dövlət səviyyəsində qəbul edirdiniz? Az qala bütün hakimiyyət komandası onun qarşısında əmrə müntəzir dayanmışdı. Yox, əgər ciddi adam sayırsınızsa, (Vətən, millət, bayraq söhbəti bir tərəfə, bu mövzular sizlik deyil) sizin obyekt kimi istifadə etdiyiniz, sümürdüyünüz ölkəni dağıdacağı ilə hədələyir. Niyə susursunuz?