«Fox News» telekanalının aparıcısı Bill O’Rayli Rusiya prezidenti Vladimir Putindən üzr istəməsi ilə bağlı Kremlin tələbinə cavab verib.
«The Hollywood Reporter»in məlumatına görə, aparıcı üzr tələbini ələ salaraq bildirib ki, bunun üçün ona müəyyən qədər vaxt lazımdır:
«Hazırda bu üzrxahlığın üzərində işləyirəm. Amma bu müəyyən qədər vaxt alacaq. Təxminən 2023-cü ilə qədər».
Qeyd edək ki, Bill O’Rayli ABŞ prezidenti Donald Trampdan müsahibə alarkən ondan Putinlə münasibətinin necə olduğunu soruşub. Tramp da cavab verib ki, Putinə hörmət edir.
Trampa etiraz edən aparıcı isə Putini qatil adlandırıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu ifadənin təhqiredici və yolverilməz olduğunu bəyan etmişdi.
«Bu ifadəyə görə «Fox News» kimi hörmətli telekompaniyadan üzrxahlıq eşitmək istəyərik», deyə Peksov bildirmişdi.
Gültəkin