Azərbaycanlı müğənni İlhamə Qasımovanın “Bei Mir Bist Du Scheen” mahnısı və bu mahnıya cəkilmiş klipi məşhur “EMMAwards” mükafatına layiq görülüb. ANS PRESS-in məlumatına görə, İlhamə Qasımovanın Dj OBG ilə birgə ifa etdiyi mahnı 190 namizədin arasından “Best Music Video” (ən yaxşı musiqi və video) kateqoriyası üzrə qalib secilib. Müğənni SMS səsverməsi üzrə ən yüksək nəticə əldə edib.
Mükafatlandırma mərasimi dünən Bakı vaxtı ilə gecə saat 02.00-də keçirilib. Almaniyanın paytaxtı Berlində keçirilən mərasimdə İlhamə Qasımova mükafatı almaq ücün “qızmızı xalça”nın üzərinə prodüseri Mark Dolar ilə birgə çıxıb.
İlhamə Qasımova nəinki Azərbaycan, MDB məkanından “EMMAwards” mükafatını alan yeganə sənətçidir. İndiyədək bu mükafatı alan müğənnilərin əksəriyyəti dünya şöhrətli sənətçilərdir.
İlhamə Qasımova dünyaca məşhur “Universal music” şirkəti ilə müqavilə bağladıqdan sonra Avropa musiqi bazarına çıxıb. Müğənninin məşhur avropalı DJ OGB ilə ifa etdiyi “Bei mir bist du schonn” hitinə çəkilmiş klipi ötən ilin oktyabrın 21-dən Viva və MTV telekanallarında yayımlanır.
“Bei mir bist du schon” mahnısının melodiyasını amerikalı yəhudi əsilli bəstəkar Şolom Sekunda 1932-ci ildə “I Would if I Could” müzikli üçün Ceykob Ceykobsun sözlərinə bəstələyib.