Əbülfəz Qurbanlı: «Cəmiyyətin parçalanmasına görə məsuliyyət hakimiyyətin üzərinə düşür»
“2010-cu ildə bir çox məhdudiyyətlərə baxmayaraq, ölkə gəncləri fəallaşıb,- deyə Azərbaycan Xalq Cəbhəsi Partiyası Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı ”Obyektiv TV”yə müsahibəsində bildirib. Demokratik gənclər tələbələrin hüquqlarının boğulması, blogerlərin həbsi ilə bağlı etiraz aksiyalarına reaksiya verib, Internetdə sosial şəbəkələrin imkanlarından fəal istifadə edib.
Gənclər parlament seçkilərini birmənalı qəbul etməyib. Deputatlığa gənc namizədlər Erkin Qədirli, Bəxtiyar Hacıyev, Ilqar Məmmədov və digərləri yeni seçkiqabağı texnologiyalar tətbiq ediblər və özünün güclü, rəqibin isə zəif tərəflərini nümayiş etdirməklə necə uğurla rəqabət aparmaq lazım gəldiyini başqalarına göstəriblər. Indiyədək namizədlər ancaq plakatlar, bukletlər və portretlərlə kifayətləniblər.
Gənc namizədlər ixtiraçılıq qabiliyyəti nümayiş etdirərək seçici qruplarına- qadınlara, gənclərə, tələbələrə, xüsusən də ilk dəfə seçki məntəqələrinə gedənlərə şəxsən müraciət ediblər. Hakimiyyət demokratik qüvvələrin çap KIV-nə çıxışını maksimum məhdudlaşdırıb, hələ radio və televiziyanı demirik. Bu, daha radikal çıxışlar, o cümlədən dini zəmində çıxışlar üçün indikator olub. Cəmiyyətin parçalanmasına görə məsuliyyət hakimiyyətin üzərinə düşür, çünki bu, gözlənilməz nəticələrə səbəb ola bilər, Qurbanlı belə hesab edir.