“Bakı”nın yeni baş məşqçisi bu gün gəlir

Paytaxt klubunun keçmiş baş məşqçisinə isə “Makkabi”dən təklif gəlib

 

“Bakı”nın yeni baş məşqçisi bu gün Bakıda olacaq. Aleksandr Starkov bu gün paytaxt klubu ilə müqavilə bağlayacaq.
Mütəxəssis “Bakı” ilə müqavilə bağlayasa belə, eyni zamanda Latviya millisinə də məşqçilik edəcək.
Klubun istefaya göndərməyə çalışdığı Vinfrid Şefer isə “Bakı”dan ayrılmayacağını bildirib. Klubun vitse-prezidenti Zeynal Məmmədov isə Şeferlə yolların tam ayrıldığını deyir. Onun sözlərinə görə, alman mütəxəssislə kompensasiya məsələsilə bağlı danışıqlar davam edir: “Şefer Almaniyada olmadığına görə onunla görüşüb danışa bilmədik. Yalnız telefonla söhbətimiz oldu. Onun ”Bakı”da qalmaqla bağlı bir tələbi yoxdur. Mövcud qaydalara əsasən, klub baş məşqçi ilə yolları müqavilə bitməmişdən əvvəl ayırırsa, ona kompensasiya ödəməlidir. Biz də bu məsələylə bağlı danışıqları davam etdiririk. Inanıram ki, ortax məxrəcə gələ biləcəyik”. Amma klub rəsmisi kompensasiyanın dəyəri ilə bağlı danışmaq istəməyib.
Bu arada Vinfrid Şeferə Israildən təklif gəldiyi barədə xəbərlər yayılıb. Israil mətbuatının yaydığı xəbərə görə, Təl-Əvivin “Makkabi” klubu Şeferə 500 min avro ödəməyə razıdır.
“Makkabi” baş məşqçi Yossi Mizhari ilə yolları ayırdıqdan sonra boş qalan posta 3 namizədin adı çəkilir: Vinfrid Şefer, Artur Jorje və Qay Luzo.
Şefer 2002-ci ildə Kamerun yığmasına Afrika Millətlər Kubokunu qazandırıb. Jorje Portuqaliya millsinin baş məşqçisi olub. Luzo Israilin 21 yaşlılardan ibarət millisini çalışdırıb