Xızı rayonunda ağır yol qəzası baş verib. Xızı-Giləzi yolunda “Mercedes” markalı, 10 UR 753 dövlət nömrə nişanlı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə avtomobildə olan şəxslərdən ikisi hadisə yerində vəfat edib. Daha dörd nəfər isə xəstəxanaya aparılıb.
Xızı rayon Polis Şöbəsindən Lent.az-a bildirilib ki, hadisə yanvarın 23-də saat 22 radələrində baş verib. Bakı şəhər sakini Bəhməniyar Məmmədqasımovun idarə etdiyi “Mercedes” markalı avtomobilin aşması nəticəsində sürücü və Elçin adlı sərnişini vəfat edib. Sərnişinlərdən 1979-cu il təvəllüdlü Allahyarov Eldəniz Eldar oğlu və 1964-cü ildə anadan olmuş Nəzərov Əfqan Mirzə oğlu isə Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına aparılıb. Vəziyyəti daha ağır olan digər iki sərnişinin kimliyinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.