Fakt budur ki, Azərbaycan hakimiyyətini Rusiyanın Qarabağı ölkəmizin daxili işi saymaması deyil, xalqın bundan xəbər tutması narahat edib. Verdiyi sualla Lavrovun açıq danışmasına şərait yaratmış Anar Həsənovun işdən çıxarılmasına bu kontekstdən baxmaq lazımdır. Jurnalistin hansı televiziya kanalında işləməsi, onun işdən çıxarılmasına kimin ilk təşəbbüs göstərməsi, kimin sonda qərar verməsi isə detallardır, mahiyyətə fikir vermək lazımdır. Mahiyyət budur ki, hakimiyyət milli hüquqlarımızı beynəlxalq müstəvidə müdafiə etmək iqtidarında deyil, bütün imkanlarını xalqı aldatmağa səfərbər edib.