Bu gün ABŞ-da prezident kürsüsünə oturacaq Tramp-ın maliyyə naziri vəzifəsinə namizədi Steven Mnuchin, dolların ən güclü və cəlbedici pul vahidlərindən biri olmasının vacib olduğunu bildirib.
Bloomberg xəbər verir ki, Mnuchin-dən dolların güclənməsi haqqında nə düşündüyü soruşulub.
Mnuchin, dolların ən güclü və cəlbedici pul vahidlərindən biri olmasının vacib olduğunu bildirərək, “ABŞ dolları, uzun müddətdir ən cəlbedici pul vahidi qalmaqda davam edir. Mən bunu çox əhəmiyyətli hesab edirəm. Valyutamız çox çox güclü və bütün dünyadan insanların ABŞ dollarına investisiya qoymaq istədiyini görürsünüz. Mən seçilmiş prezident Trampın ABŞ dolları haqqındakı şərhlərinin uzunmüddətli olmadığını düşünürəm” açıqlamasını verib.
Tramp, keçən həftənin sonunda Wall Street Journal-a verdiyi müsahibəsində, Dolların Çin Yuanının dəyərini aşağı saxlaması səbəbindən “həddən artıq güclü” olduğunu söyləmişdi. “Bizim şirkətlərimiz onlarla rəqabət apara bilmir, çünki pulumuz çox dəyərlidir. Bu bizi öldürür” – ifadəsini işlədən Tramp-ın bu şərhləri dolların zəifləməsinə səbəb olmuşdu.