Azərbaycan tarixində görünməmiş haldır, ölkəyə 2016-cı ildə 1 milyon 600 min ton buğda idxal olunub.
Heç vaxt bu qədər həcmdə idxal buğdasına ehtiyac olmayıb. Buğda idxalının artmasının bir neçə səbəbi var.
Birincisi, ölkədə taxıl, o cümlədən buğda istehsalı kəskin şəkildə azalıb.
İkincisi isə, ölkə əhalisinin alıcılıq qabiliyyətinin aşağı düşməsi ucuz, az kalorili məhsullara, xüsusən çörəyə olan təlabatı artırıb. Vəziyyətdən taxıl inhisarçıları bəhrələniblər.
Belə ki, 2016-cı ildə dünya bazarında ərzaq buğdasının 1 tonu 134-151,75 dollar arasında təklif olunduğu halda, həmin ildə keyfiyyəti aşağı olan buğdanı ölkəyə 184, 4 dollara sənədləşdirərək idxal ediblər.
Beləliklə buğda idxalı üçün ölkədən 296,8 milyon dollar vəsait çıxarılıb ki, bu da əcnəbi fermerlərin biznesini stimullaşdıracaq, onların gəlirini artıracaq.
Yazı iqtisadçı-ekspertin facebook səhifəsindən götürülüb