Bir zamanlar məşhur olmuş italiyalı hakimi Pyerluici Kollina FİFA Hakimlər Departamentinin sədri vəzifəsinə təyin olunub.
O, bu vəzifədə ispaniyalı Anxel Mariya Vilyarı əvəzləyib.
Qeyd edək ki, o, eyni zamanda UEFA-da hakimlik məsələləri üzrə baş zabit kimi çalışır.
Kollina 6 dəfə (1998 – 2003) dünyanın, 7 dəfə İtaliya A Seriyasının ən yaxşı hakimi sayılıb.