ABŞ Hərbi Hava Qüvvələri yanvarın 17-də Suriyanın İdlib şəhərinə endirilən dəqiq zərbə nəticəsində “Əl-Qaidə” terror təşkilatının liderlərindən biri olan Məhəmməd Həbib Bossadun əl-Tunisini məhv edib.
Bu barədə Pentaqonun mətbuat katibi Piter Kuk məlumat yayıb.
Onun sözlərinə görə, Əl-Tunisi terrorçuların Qərbdəki hədəflərə qarşı hücumların həyata keçirilməsi üzrə planları ilə əlaqəli olub. Terrorçu Suriyaya 2014-cü ildə gəlib. Bunadək isə o, bir neçə il Avropa və Yaxın Şərq ölkələrində yaşayıb və digər ekstremistlərlə əlaqədə olub.